Donald Tramp Braziliya prezidentinin inauqurasiyasına qatılmayacaq

Donald Tramp Braziliya prezidentinin inauqurasiyasına qatılmayacaq Bakı. 28 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Braziliya prezidentinin inauqurasiyasına qatılmayacaq.
Digər ölkələr
28 Dekabr , 2018 04:32
Donald Tramp Braziliya prezidentinin inauqurasiyasına qatılmayacaq

Bakı. 28 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Braziliya prezidentinin inauqurasiyasına qatılmayacaq.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytı məlumat yayıb.

Bildirilir ki, Ağ Ev rəhbərini mərasimdə dövlət katibi Mayk Pompeo əvəz edəcək.

"Dövlət katibi Pompeo dekabrın 31-dən yanvarın 2-dək Braziliya prezidenti Jair Bolsonarın inauqurasiya mərasimində (ABŞ-ın - red) nümayəndə heyətinə rəhbərlik edəcək", - deyə xəbərdə bildirilir. 

Braziliyada bir neçə ay əvvəl keçirilmiş prezident seçkilərində sağ Sosial-Liberal Partiyasından olan namizəd Jair Bolsonar qalib gəlib.

Son xəbərlər

Orphus sistemi