Ağ Ev: Nüfuzlu demokrat senatorun İranla razılaşmaya etirazı təəssüf doğurur

Ağ Ev: Nüfuzlu demokrat senatorun İranla razılaşmaya etirazı təəssüf doğurur 2017-ci ildə Senatda demokratların lideri olacağı gözlənilən senator Çak Şumer İranla razılaşmaya qarşı çıxıb
Digər ölkələr
8 Avqust , 2015 18:49
Ağ Ev: Nüfuzlu demokrat senatorun İranla razılaşmaya etirazı təəssüf doğurur

Bakı. 8 avqust. REPORT.AZ/ Ağ Ev bildirib ki, ABŞ Senatında nüfuzlu demokrat senatorun İranla razılaşmaya qarşı çıxmasına görə təəccüb deyil, təəssüf hissi keçirdiyini bildirib.

"Report"un "Amerikanın Səsinə" istinadən verdiyi xəbərə görə, Ağ Evin sözçüsü Coş Ernest bildirib ki, senator Çak Şumerlə prezident Barak Obama arasında 2003-cü ildə onun ABŞ-ın başçılığı ilə İraq müharibəsinə səs və dəstək verdiyi vaxt da fikir ayrılığı olmuşdu.

"Buna görə də mən deyərdim ki, bu elan təəssüf doğursa da Ağ Evdə heç kəsi təəccübləndirmədi"- deyə o bildirib.

2017-ci ildə Senatda demokratların lideri olacağı gözlənilən senator Şumerin qərarı Konqresdə İranla razılaşmaya dəstək qazanmağa çalışan Obama administrasiyası üçün gerilmə kimi qiymətləndirilir. Bu həftə Nümayəndələr Palatasında nüfuzlu demokrat konqresmen Elliot Engel də İranla razılaşmaya etirazını bildirib.   

Son xəbərlər

Orphus sistemi