Ağ Ev Kim Çen Inın məktubuna cavab verib

Ağ Ev Kim Çen Inın məktubuna cavab verib Bakı. 2 avqust. REPORT.AZ/ Amerika tərəfi KXDR lideri Kim Çen Inın ABŞ prezidenti Donald Trampa ünvanladığı məktuba cavab verib.
Digər ölkələr
2 Avqust , 2018 23:20
Ağ Ev Kim Çen Inın məktubuna cavab verib
Foto: "AP"

Bakı. 2 avqust. REPORT.AZ/ Amerika tərəfi KXDR lideri Kim Çen Inın ABŞ prezidenti Donald Trampa ünvanladığı məktuba cavab verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Sara Sanders bildirib.

"Biz sədr (KXDR lideri-red) Kimin prezidentə (Trampa-red) məktubuna cavab verdik. O, tezliklə çatdırılacaq", - deyə Sanders bildirib.

Onun sözlərinə görə, məktub Sinqapurdaki sammitdə liderlərin üzərinə götürdükləri öhdəliklərə dair birgə bəyanata həsr olunub.

Sara Sanders həmçinin qeyd edib ki, Amerika prezidentinin Kim Çen Inla görüşü barədə bəyanatına baxmayaraq, hazırda iki liderin qrafikində belə bir görüş yoxdur.

Son xəbərlər

Orphus sistemi