Ağ Ev kəşfiyyat məlumatlarının sızmasına dair təhqiqata başladı

Ağ Ev kəşfiyyat məlumatlarının sızmasına dair təhqiqata başladı Ağ Ev Rusiya ilə “Taliban” hərəkatı arasındakı əlaqələrə dair kəşfiyyat məlumatlarının kənara sızdırılmasına dair daxili təhqiqata başlayıb.
Digər ölkələr
7 İyul , 2020 20:13
Ağ Ev kəşfiyyat məlumatlarının sızmasına dair təhqiqata başladı

Ağ Ev Rusiya ilə “Taliban” hərəkatı arasındakı əlaqələrə dair kəşfiyyat məlumatlarının kənara sızdırılmasına dair daxili təhqiqata başlayıb.

“Report” “Politico”ya istinadən xəbər verir ki, məxfi məlumatlara aidiyyəti olan əməkdaşların sorğu-sualından sonra şübhəlilərin sayı 10-dək azalıb.

Xatırladaq ki, iyunun 26-da “The New York Times” qəzetində Rusiya hərbi kəşfiyyatının “Taliban” hərəkatını Əfqanıstandakı beynəlxalq missiyanın hərbçilərinə hücum etməyə təhrik etməsi barədə kəşfiyyat məlumatlarının “bir neçə ay bundan əvvəl” prezident Donald Trampa təqdim olunduğu, Milli Təhlükəsizlik Şurasında mart ayının sonunda müzakirəyə çıxarıldığı barədə yazı getmişdi.

D.Tramp da 28 iyun tarixində “Twitter” hesabından Rusiyanın “Taliban” yaraqlılarına ABŞ hərbçilərini öldürmələri üçün pul təklif etməsinə dair məlumatlarının kəşfiyyat tərəfindən qəbul olunmadığını bildirmişdi. Prezidentin ehtimalına görə, sözügedən yazı onun təmsil etdiyi Respublikaçılar Partiyasına qarayaxma məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi