Ağ Ev İsrailə 735 milyon dollar dəyərində silah satışını təsdiqləyib

Ağ Ev İsrailə 735 milyon dollar dəyərində silah satışını təsdiqləyib Konqres İsrail ordusu ilə Fələstin radikalları arasında qarşılıqlı raket zərbələri başlamazdan bir neçə gün əvvəl bu barədə müvafiq bildirişi alıb
Digər ölkələr
103
17 May , 2021 17:42
Ağ Ev İsrailə 735 milyon dollar dəyərində silah satışını təsdiqləyib

ABŞ prezidenti Cozef Baydenin administrasiyası İsrailə 735 milyon dollar dəyərində olan yüksək dəqiqlikli silahın satışını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Konqres mayın 5-də, yəni İsrail ordusu ilə Fələstin radikalları arasında qarşılıqlı raket zərbələri başlamazdan bir neçə gün əvvəl bu barədə müvafiq bildirişi alıb.

Son xəbərlər

Orphus sistemi