Ağ Ev: İrana qarşı yeni sanksiyalara hər zaman hazırıq

Ağ Ev: İrana qarşı yeni sanksiyalara hər zaman hazırıq Bakı. 16 mart. REPORT.AZ/ ABŞ hələlik İran əleyhinə yeni sanskiyalar tətbiq etmir. Lakin həmişə bu imkanları nəzərdən keçirir.
Digər ölkələr
16 Mart , 2018 23:34
Ağ Ev: İrana qarşı yeni sanksiyalara hər zaman hazırıq
Foto: "RİA Novosti"

Bakı. 16 mart. REPORT.AZ/ "ABŞ hələlik İran əleyhinə yeni sanskiyalar tətbiq etmir. Lakin həmişə bu imkanları nəzərdən keçirir".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Sara Sanders deyib.

"Bizim sanksiyalarla bağlı heç bir yeni elanımız yoxdur. Lakin həmişə irəli hərəkət etmək, amerikalıları müdafiə etmək və prezidentin gündəliyini irəli çəkmək üçün ən yaxşı vasitəyə baxırıq", - deyə Sanders brifinqdə bildirib.

Bu mənada mətbuat katibi ABŞ-ın İran əleyhinə, Britaniyanın, Fransanın və Almaniyanın təklif etdiyi yeni sanksiyalara hazır olması barədə suala cavab verib. "Reuters"in məlumatına görə, London, Paris və Berlin Aİ üzvü olan dövlətlərə İranın raket proqramı və Suriyadakı münaqişə ilə bağlı mövqeyinə görə, bu ölkəyə qarşı yeni sanksiyaların irəli sürülməsini təklif ediblər.

Son xəbərlər

Orphus sistemi