Bakı. 28 fevral. REPORT.AZ/ Ağ ev Hindistan və Pakistanı vəziyyəti sabitləşdirmək üçün real addımlar atmağa çağırır.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu çərşənbə günü Ağ evin Milli Təhlükəsizlik üzrə Şurasının nümayəndəsi deyib.
"Birləşmiş Ştatlar Hindistan və Pakistan arasında artan gərginliyə görə dərindən narahatdır və hər iki tərəfi vəziyyəti sabitləşdirmək üçün real addımlar atmağa çağırır. İstənilən tərəfin bundan sonra həyata keçirə biləcəyi hərbi əməliyyatlarla bağlı potensial risklər hər iki ölkə, onların qonşuları və beynəlxalq aləm üçün qəbul edilə bilməz dərəcədə yüksəkdir", - deyə o bildirib.