Yuxarı
    Bağlamaq

    Ağ ev Donald Trampın telefon danışıqlarının dinlənilməsi məsələsini araşdırmağa başlayıb

    Şon Spayser: “Donald Tramp yüksək vəzifəli şəxslərlə danışığının detallarının aşkarlanmasından narahatdır”

    Bakı. 10 fevral. REPORT.AZ/ Ağ ev ABŞ prezidenti Donald Trampın telefon danışıqlarından məlumatların sızamsı ilə bağlı araşdırmaya başlayıb.

    “Report” “The Hill”ə istinadən xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Şon Spayser bildirib.

    “Bəli, çox narahatıq və məsələni araşdırırıq. Bu sayaq sızıntılarda mövcud protokol və qanunlar pozulub”, - deyə o, vurğulayıb.

    Mətbuat katibinin sözlərinə görə, D.Tramp yüksək vəzifəli şəxslərlə danışığının detallarının aşkarlanmasından narahatdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi