Ağ Ev Cozef Baydenin 86 yaşadək prezident olması planını təsdiqləyib

Ağ Ev Cozef Baydenin 86 yaşadək prezident olması planını təsdiqləyib ABŞ Prezidenti Cozef Bayden 2024-cü ildə yenidən dövlət başçısı seçilmək planlarından imtina etməyib.
Digər ölkələr
140
23 Noyabr , 2021 03:09
Ağ Ev Cozef Baydenin 86 yaşadək prezident olması planını təsdiqləyib
Cozef Bayden

ABŞ Prezidenti Cozef Bayden 2024-cü ildə yenidən dövlət başçısı seçilmək planlarından imtina etməyib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.

"Bəli, onun belə niyyəti var" - o, Baydenin növbəti prezident seçkilərində iştirakı ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

Beləliklə 79 yaşlı Bayden 86 yaşının tamam olacağı 2028-ci ilə qədər prezident vəzifəsində qalmaq istəyir.

Bununla da Ağ Ev sözçüsü yerli mediada 79 yaşlı Baydenin reytinqlərin aşağı düşməsinə baxmayaraq ikinci müddətə namizədliyini irəli sürəcəyinə dair xəbərləri təsdiqləyib.

Qeyd edək ki, yerli KİV, o cümlədən “Washington Post” qəzeti bir neçə gün əvvəl Cozef Baydenin 2024-cü ildə ikinci müddətə prezident olmağa hazırlaşması barədə xəbər verib.

Lakin "USA Today" və Suffolk Universiteti tərəfindən noyabrın əvvəlində dərc edilən sorğu göstərir ki, ABŞ seçicilərinin yalnız 38%-i Baydeni dəstəkləyir və əksəriyyəti onun ikinci müddətə prezident olmasına qarşı çıxır.

Bu, demokratların prezidentin yaşı ilə bağlı şübhələri, inflyasiya ilə bağlı narahatlıqlar və pandemiyanın öhdəsindən gəlmək üçün uğursuz cəhdlər fonunda baş verir.

Son xəbərlər

Orphus sistemi