Ağ Ev: Bayden Rusiyanın terrorizmin himayədarı kimi tanınmasının əleyhinədir

Ağ Ev: Bayden Rusiyanın terrorizmin himayədarı kimi tanınmasının əleyhinədir ABŞ Prezidenti Cozef Bayden Rusiyanın terrorizmi himayə edən ölkələr siyahısına daxil edilməsinin əleyhinədir.
Digər ölkələr
6 sentyabr 2022 19:37
Ağ Ev: Bayden Rusiyanın terrorizmin himayədarı kimi tanınmasının əleyhinədir

ABŞ Prezidenti Cozef Bayden Rusiyanın terrorizmi himayə edən ölkələr siyahısına daxil edilməsinin əleyhinədir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karin Jan-Pyer bildirib.

"Bu, onun son mövqeyidir. Rusiyanı bu siyahıya salmaq ən yaxşı həll yolu deyil", - Jan-Pyer qeyd edib.

Xatırladaq ki, ABŞ Senatı may ayında dövlət katibi Entoni Blinkenin Rusiyanı Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada törətdiyi cinayətlərə görə terrorizmin himayədarı elan etməyə çağıran qətnaməni yekdilliklə dəstəkləyib.

Hazırda bu siyahıda Kuba, Şimali Koreya, İran və Suriyanın adları var.

Son xəbərlər

Orphus sistemi