ABŞ Prezidenti Cozef Bayden Çin Sədri Si Cinpinlə telefon danışığı aparmağa hazırlaşır, lakin hələlik konkret planlar barədə məlumat veriləcək bir şey yoxdur.
“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer mütəmadi keçirilən brifinqdə bildirib.
“Biz dəfələrlə demişik ki, prezident Sədr Siyə zəng edəcək. Mən sizə indi zəng barədə məlumat verə bilmərəm”, - o deyib.
Mətbuat katibi vurğulayıb ki, Vaşinqton Pekinlə kommunikasiya kanallarını açıq saxlamağı vacib sayır: “Biz Çinlə strateji rəqabətdən danışsaq da ... Çinlə ikitərəfli əlaqələri vacib hesab edirik. Bu dəyişməyib. Biz bu istiqamətdə irəliləməkdə davam edəcəyik”.