Ağ Ev ABŞ-ın sabiq prezidentini Şimali Koreyaya buraxmayıb

Ağ Ev ABŞ-ın sabiq prezidentini Şimali Koreyaya buraxmayıb "Mən ona dedim, əgər lazım olsam, onların ixtiyarında olacam"
Digər ölkələr
22 Oktyabr , 2017 10:50
Ağ Ev ABŞ-ın sabiq prezidentini Şimali Koreyaya buraxmayıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ ABŞ-ın sabiq prezidenti Cimmi Karter bəyan edib ki, Ağ Ev ona hazırki administrasiya adından danışıqlar aparmaq üçün Şimali Koreyaya getməyə icazə verməyib

“Report” RİA “Novosti"yə istinadən xəbər verir ki, o, məsələ ilə bağlı prezident Donald Trampın milli təhükəsizlik üzrə köməkçisi Gerbert Makmaster ilə danışıqlar aparıb. Lakin rədd cavabı alıb.

“Bəli, mən Şimali Koreyaya getmək istərdim. Ona (G. Makmesterə - red) dedim ki, əgər lazım olsam, onların ixtiyarında olacam", - deyə sabiq dövlət başçısı bildirib.

Qeyd edək ki, 90-cı illərin ortalarında C.Karter o vaxtkı prezident Bill Klintonun göstərişi ilə Şimali Koreyaya səfər edib. O, KXDR-in sabiq başçısı, indiki liderin atası Kim Çen İnlə danışıqlar aparıb. 

Son xəbərlər

Orphus sistemi