Ağ Ev: ABŞ-ın "İncirlik" bazasına çıxışının məhdudlaşdırılması mənfi nəticələrə gətirib çıxaracaq

Ağ Ev: ABŞ-ın "İncirlik" bazasına çıxışının məhdudlaşdırılması mənfi nəticələrə gətirib çıxaracaq Vaşinqton "İncirlik" aviabazası ilə bağlı vəziyyəti şərh edib
Digər ölkələr
5 yanvar 2017 20:49
Ağ Ev: ABŞ-ın İncirlik bazasına çıxışının məhdudlaşdırılması mənfi nəticələrə gətirib çıxaracaq

Bakı. 6 yanvar. REPORT.AZ/ Amerika hərbçilərinin Türkiyənin "İncirlik" bazasından istifadəsinin mümkün məhdudlaşdırılması Vaşinqtonun İŞİD terror qruplaşması ilə mübarizədə Ankaraya verdiyi dəstəyə mənfi təsir göstərəcək.

"Report" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Coş Ernest brifinq zamanı deyib.

"Düşünürəm ki, bizim "İncirlik"dən istifadəmizin məhdudlaşdırılması təhlükəsi göstərə biləcəyimiz dəstəyi potensial olaraq poza bilər", - deyə o bildirib.

ABŞ rəsmisi bunun baş verməyəcəyinə ümid etdiyini deyib.

Türkiyə baş nazirinin müavini Veysi Kaynak qeyd edib ki, Ankara ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Türkiyənin "İncirlik" bazasında iştirakını sual altında qoyub.

Son xəbərlər

Orphus sistemi