Yuxarı

Ağ Ev rəsmisi: "ABŞ İranla danışıqlar masasını tərk etməyəcək"

Nə qədər ki, danışıqlar müsbət nəticələr verir, biz dialoq masasında qalxmayacağıq

Bakı. 7 iyul. REPORT.AZ/ Ağ Ev rəsmisi Coş Ernest bəyan edib ki, ABŞ  İranın atom-nüvə proqramı ilə bağlı müzakirələri tərk etməyəcək. "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, Ernestin sözlərinə görə, İranın nüvə silahını əldə etməsinin qarşısını alan ən doğru yol - diplomatiyadır.

"Diplomatiya nüvə silahına qarşı təminatdır. Nə qədər ki, danışıqlarda müsbət meyillər var, biz dialoq masası arxasından qalxmayacağıq", - deyə Ağ Ev rəsmisi bildirib.

Bununla belə, Ernst müzakirələrin yekun tarixi ilə bağlı məlumat verməkdən imtina edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi