Ağ Ev: "Vaşinqton Pekinlə münaqişə axtarmır"

Ağ Ev: "Vaşinqton Pekinlə münaqişə axtarmır" ABŞ-ın Hind-Sakit okean bölgəsində Böyük Britaniya və Avstraliya ilə yeni razılaşması Çinə qarşı yönəlməyib.
Digər ölkələr
17 Sentyabr , 2021 00:05
Ağ Ev: Vaşinqton Pekinlə münaqişə axtarmır

ABŞ-ın Hind-Sakit okean bölgəsində Böyük Britaniya və Avstraliya ilə yeni razılaşması Çinə qarşı yönəlməyib.

"Report" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Vaşinqton Pekinlə münaqişə axtarmır və yeni ortaqlıq heç bir ölkəyə qarşı yönəlməyib.

Psaki bildirib ki, bu razılaşma ABŞ-ın strateji maraqlarını və bölgədə sabitliyi qorumağa yönəlib.

ABŞ və Çin liderlərinin bu ayın əvvəlində baş tutan telefon danışığını xatırladan sözçü qeyd edib ki, tərəflər arasında yüksək səviyyəli dialoqu qoruyub saxlamaq lazımdır.

Son xəbərlər

Orphus sistemi