Afroamerikalı gənci öldürən polis zabitləri məhkəmə qarşısına çıxarılacaq

Afroamerikalı gənci öldürən polis zabitləri məhkəmə qarşısına çıxarılacaq Tibbi ekspertiza gəncin polis təcridxanasında qətlə yetirildiyini müəyyən edib
Digər ölkələr
22 May , 2015 04:41
Afroamerikalı gənci öldürən polis zabitləri məhkəmə qarşısına çıxarılacaq

Bakı. 22 May. REPORT.AZ/ ABŞ-ın Baltimor şəhərində 25 yaşlı afroamerikalı gənc Freddi Qteyin ölümünə səbəb olan altı polis zabitinə qarşı açılan cinayət işi yekunlaşıb.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, sözü gedən polis əməkdaşları iyulun 2-də məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, tibbi ekspertiza F.Qreyin polis təcridxanasında qətlə yetirildiyini müəyyən edib.

ABŞ-ın bir çox şəhərində etiraz aksiyalarına səbəb olan bu cinayətdən sonra yaşanan qarşıdurma nəticəsində ən azı 20 polis əməkdaşı yaralanıb. Ştat rəhbərliyi Baltimora Milli Qvardiya qüvvələrini daxil etsə də, etiraz dalğasını dayandıra bilməyib.

Son xəbərlər

Orphus sistemi