Afrində zərərsizləşdirilən terrorçuların sayı 3300 nəfərə çatıb - YENİLƏNİB

Afrində zərərsizləşdirilən terrorçuların sayı 3300 nəfərə çatıb - YENİLƏNİB Bakı. 11 mart. REPORT.AZ/ Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində Zeytun budağı əməliyyatı çərçivəsində zərərsizləşdirdiyi terrorçuların sayı 3300 nəfərə çatıb.
Digər ölkələr
11 Mart , 2018 14:28
Afrində zərərsizləşdirilən terrorçuların sayı 3300 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 11 mart. REPORT.AZ/ Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirdiyi terrorçuların sayı 3300 nəfərə çatıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan bildirib. 

Dövlət başçısı bir sıra çətinliklərə baxmayaraq, Türkiyə ordusunun keçirdiyi əməliyyatı uğurla davam etdirdiyini qeyd edib.

Qeyd edək ki, "Zeytun budağı" əməliyyatı bu il yanvarın 20-də başlayıb. 


***11:16

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirdiyi terrorçuların sayı 3291 nəfərə çatıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilir ki, əməliyyatın 51-cü günündə Afrinin mərkəzinə 4 kilometr məsafə qalıb. Bu günə kimi 175 bölgə terrorçulardan təmizlənib. Qanunsuz silahlı birləşmələrin hərbi təyyarələrlə məhvi davam edir.

"Zeytun budağı" əməliyyatı bu il yanvarın 20-də başlayıb.

Son xəbərlər

Orphus sistemi