Afrikanın daha bir ölkəsində koronavirus aşkarlandı

Afrikanın daha bir ölkəsində koronavirus aşkarlandı Benində yeni növ koronavirus infeksiyasına ilk yoluxma halı aşkarlanıb.
Digər ölkələr
677
16 Mart , 2020 18:44
Afrikanın daha bir ölkəsində koronavirus aşkarlandı
google

Benində yeni növ koronavirus infeksiyasına ilk yoluxma halı aşkarlanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin martın 16-da "Twitter" səhifəsində yaydığı bəyanatda məlumat verilib.

Bildirilib ki, koronavirusa yoluxmuş şəxs Belçikadan Beninə gəlmiş 49 yaşlı Burkina Faso vətəndaşıdır. Həmin şəxs fevralın 21-də Burkina Fasodan Belçikaya gedib, 11 gün orada qalıb. Martın 4-də ölkəsinə qayıdıb, 12-də isə Beninə uçub. 

Hazırda xəstənin vəziyyətinin sabit olduğu, müalicə aldığı qeyd olunub. 

Məlumatda həmçinin onun təmasda olduğu şəxslərin müəyyənləşdirilməyə çalışıldığı vurğulanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 174 614-ə çatıb. Bunların 77 867 nəfəri sağalıb, 6 685 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi