Kamerunda koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri açıqlayıb.
Açıqlamada yoluxan şəxsin 58 yaşlı fransalı olduğu bildirilib. O, Kameruna fevralın 24-də gəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 91 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 98 754-ə çatıb. Bunların 55 662 nəfəri sağalıb, 3 389 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.