Afrikada koronavirusa yoluxanların sayı 480 minə çatır

Afrikada koronavirusa yoluxanların sayı 480 minə çatır Nigeriyada isə 28 711 nəfər koronavirusa yoluxub.
Digər ölkələr
6 İyul , 2020 11:26
Afrikada koronavirusa yoluxanların sayı 480 minə çatır

Afrikada koronavirusa yoluxma hallarının sayı 479 min nəfəri ötüb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Regional nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, qitə üzrə ölənlərin ümumi sayı isə 11 395 nəfərə çatıb.

Ən çox yoluxma halları Cənubi Afrika Respublikasında (200 minə yaxın) və Misirdə (75 253) aşkar edilib. Nigeriyada isə 28 711 nəfər koronavirusa yoluxub.

Misirdə koronavirusdan ölənlərin sayı 3 343 nəfərə, Cənubi Afrika Respublikasında 3 199 nəfərə, Əlcəzairdə isə 952 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi