Yuxarı

Afrikada otelə hücum nəticəsində 20 nəfər ölüb - YENİLƏNİB - VİDEO

Terror aktına görə məsuliyyəti Əl-Qaidə öz üzərinə götürüb

Bakı. 16 yanvar. REPORT.AZ/ Burkina-Fasonun paytaxtında yerləşən "Splendid" mehmanxanasına silahlı hücum nəticəsində 20 nəfər həyatını itirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Uaqaduqu şəhər xəstəxanalarından birinin direktoru hadisə şahidləri ilə söhbəti zamanı bildirib.

O, həmçinin qeyd edib ki, 15 nəfər odlu silah yarası və travma alıb.

"Twitter"də yayılan məlumatlara görə, terror aktına görə məsuliyyəti "Əl-Qaidə" terror təşkilatı öz üzərinə götürüb.

***02:58

Qərbi Afrikada yerləşən Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində "Splendid" mehmanxanasına silahlı hücum olub.

"Report" BBC-yə istinadən xəbər verir ki, otel paytaxtın işgüzar dairəsində yerləşir.

Şahidlərin sözlərinə görə, yaraqlılar otel qarşısındakı maşınları yandırıblar, həmçinin hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə gəlincəyədək havaya atəş açıblar.

"Reuters"in məlumatına görə, mehmanxana qarşısında şiddətli atışma baş verib. Otelin beynəlxalq aeroport yaxınlığında yerləşdiyi bildirilir. Mənbələrdən daxil olan məlumata görə, otelə təqribən 3-4 yaraqlı hücum edib.

Terrorçuların oteldə insanları girov götürdüyü də məlumat verilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi