Afrikada koronavirusa yoluxanların sayı 8 milyona yaxınlaşır

Afrikada koronavirusa yoluxanların sayı 8 milyona yaxınlaşır Afrikada koronavirusa yoluxanların sayı 7 770 109 nəfərə çatıb.
Digər ölkələr
1 Sentyabr , 2021 19:52
Afrikada koronavirusa yoluxanların sayı 8 milyona yaxınlaşır
0 : 00
0 : 00

Afrikada koronavirusa yoluxanların sayı 7 770 109 nəfərə çatıb.

"Report" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının regional ofisinin çərşənbə günü yaydığı məlumata görə, qitədə COVID-19 səbəbindən 196 190 nəfər ölüb, 6,9 milyondan çox insan sağalıb.

Afrikada yoluxma və ölüm hallarının çoxu Cənubi Afrika Respublikasının payına düşür - müvafiq olaraq 2 777 659 və 82 261.

Tunisdə 23 451 nəfər xəstəlikdən dünyasını dəyişib, 664 034 yoluxma hadisəsi qeydə alınıb. Misirdə bu rəqəmlər ardıcıl olaraq 16 736 və 288 441-dir.

Son xəbərlər

Orphus sistemi