Afrikada koronavirusa yoluxanların sayı 51 mini ötdü

Afrikada koronavirusa yoluxanların sayı 51 mini ötdü Afrika qitəsində koronavirusa yoluxanların say 51 239 nəfərə çatıb.
Digər ölkələr
7 May , 2020 14:35
Afrikada koronavirusa yoluxanların sayı 51 mini ötdü

Afrika qitəsində koronavirusa yoluxanların say 51 239 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, 2 006 pasiyent koronavirusdan ölüb.

Məlumata görə, 17 min pasiyent sağalıb. Ən çox yoluxma halları Cənubi Afrika Respublikası (7 808 nəfər), Misir (7 588), Mərakeş (5 382), Əlcəzair (4 997) və Mərakeşdə (3 145) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 265 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi