Afrikada koronavirusa yoluxanların sayı 15 mini ötdü

Afrikada koronavirusa yoluxanların sayı 15 mini ötdü Afrika İttifaqının 52 üzv ölkəsində 15 249 koronavirusa yoluxma faktı qeydə alınıb. Bunlardan 816 nəfəri ölüb, 2 895-i isə sağalıb.
Digər ölkələr
14 Aprel , 2020 13:56
Afrikada koronavirusa yoluxanların sayı 15 mini ötdü

Afrika İttifaqının 52 üzv ölkəsində 15 249 koronavirusa yoluxma faktı qeydə alınıb. Bunlardan 816 nəfəri ölüb, 2 895-i isə sağalıb.

“Report” xəbər verir ki, bu barədə Afrika İttifaqının “Twitter” səhifəsində məlumat verilib.

Afrika İttifaqına 55 dövlət daxildir. Ən çox yoluxma halları Şimali Afrikada (6 625), ən az isə Mərkəzi Afrikada (1 274) qeydə alınıb .

Qeyd edək ki, hazırda Afrika İttifaqının yalnız 3 ölkəsində koronavirus rəsmi olaraq aşkarlanmayıb: Lesoto, Qərbi Saxara və Komor adaları.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 934 000-i ötüb. Bunların 456 599 nəfəri sağalıb, 120 437 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi