Bakı. 17 iyun. REPORT.AZ/ Somali vətəndaşları olduqları ehtimal edilən ən azı 15 nəfər Zambiyanın şimalında yerləşən Luapula əyalətində yük maşınının içində boğularaq ölüb.
"Report" "Sinxua"ya istinadən xəbər verir ki, yerli hökumət insidentdə insan alverçilərinin əlinin olduğunu ehtimal edir.
Somalililər bomba və yerfındığı kisələri daşıyan yük maşınında olublar. Ehtimal ki, avtomobil öz yoluna Tanzaniyadan başlayıb.
Şahidlərin sözlərinə görə, yük maşınında ümumilikdə 50 nəfərədək adam ola bilmə ehtimalı var.