Afrikada bir sutkada 10 minə yaxın adam koronavirusa yoluxub

Afrikada bir sutkada 10 minə yaxın adam koronavirusa yoluxub Afrika ölkələrində COVID-19-a yoluxma hallarının sayı 312 740-a yüksəlib.
Digər ölkələr
23 iyun 2020 10:53
Afrikada bir sutkada 10 minə yaxın adam koronavirusa yoluxub

Afrika ölkələrində COVID-19-a yoluxma hallarının sayı 312 740-a yüksəlib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada 9 369 nəfər yoluxub, 223 nəfər ölüb. Afrikada indiyədək 8 222 nəfər koronavirusun qurbanı olub. 

Bu materik üzrə COVID-19-a ən çox Cənubi Afrika Respublikasında (101 590 nəfər) yoluxma qeydə alınıb. Sonrakı yerdə Misir (55 233) gəlir. 

Misirdə 2 193 nəfər, CAR-da 1 991 nəfər, Əlcəzairdə 852 nəfər koronavirusun qurbanı olub.

Son xəbərlər

Orphus sistemi