Burkino-Fasoda sakinlər Fransa hərbçilərini Kay şəhərindən qovub

Burkino-Fasoda sakinlər Fransa hərbçilərini Kay şəhərindən qovub Burkina-Faso sakinləri Fransa Silahlı Qüvvələrinin Nigerə gedən karvanının yolunu bağlayıb.
Digər ölkələr
131
21 Noyabr , 2021 06:18
Burkino-Fasoda sakinlər Fransa hərbçilərini Kay şəhərindən qovub

Burkina-Faso sakinləri Fransa Silahlı Qüvvələrinin Nigerə gedən karvanının yolunu bağlayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Afrika ölkəsinin vətəndaşları Fransa hərbçilərini bölgədəki terror qruplaşmalarına gizli dəstək verməkdə ittiham edirlər.

Aksiya iştirakçıları əllərində “Bura bizim evimizdir!”, “Rədd ol, Fransa!”, “Ölkəmizi tərk et, Fransa!” sözləri yazılmış plakatlar qaldırıblar.

Kay şəhər bələdiyyəsinin rəhbəri Loran Kontoqomanın səylərinə baxmayaraq, yol açılmayıb. Fransız hərbçiləri geri çəkilmək məcburiyyətində qalaraq təxminən 5 km uzaqlıqdakı karxanada məskunlaşıblar.

Barxan əməliyyatı 2014-cü ildə Parisin təşəbbüsü ilə başlayıb və Saxaranın cənubundakı ölkələri - Mavritaniya, Çad, Burkina-Faso, Mali və Nigeri əhatə edib. Əməliyyat çərçivəsində bu ölkələrdə 5 100 nəfər fransız əsgəri yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi