Afrika hərbi kontingenti "Boko Haram"ın 50 döyüşçüsünü məhv edib

Afrika hərbi kontingenti "Boko Haram"ın 50 döyüşçüsünü məhv edib Bakı. 11 mart. REPORT.AZ/ Afrikada terror təhlükələrinin neytrallaşdırılması üçün yaradılmış müxtəlif ölkələrin çoxmillətli hərbi kontingenti Çad gölü regionunda Boko Haram qruplaşmasının azı 50 terrorçusunu məhv edib.
Digər ölkələr
11 Mart , 2019 03:41
Afrika hərbi kontingenti Boko Haramın 50 döyüşçüsünü məhv edib

Bakı. 11 mart. REPORT.AZ/ Afrikada terror təhlükələrinin neytrallaşdırılması üçün yaradılmış müxtəlif ölkələrin çoxmillətli hərbi kontingenti Çad gölü regionunda "Boko Haram" qruplaşmasının azı 50 terrorçusunu məhv edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Nigeriya ordusundakı mənbələrə istinadən "Maghreb Arabe Presse" informasiya agentliyi bildirib.

Bildirilir ki, Kamerun, NigerNigeriya qoşunlarının birgə əməliyyatı zamanı onlarla terrorçu öldürülüb. "Hava və quru qüvvələrindən ibarət ordu bölmələri Çad gölü hövzəsində döyüşlər nəticəsində 50 terrorçunu məhv ediblər", - deyə kontingentin rəsmi nümayəndəsi Timoti Antiqa bildirib.

Əməliyyatın gedişatında "Boko Haram" döyüşçülərinə aid texnikanın bir hissəsi ələ keçirilib, bir hissəsi isə məhv edilib. 

Daha əvvəl Nigeriyada "Boko Haram" terrorçuları hərbçilərə hücum edib.

Son xəbərlər

Orphus sistemi