Afrika dövlətləri "Boko Haram" ilə mübarizəyə 8700 əsgər və polisi səfərbər edir

Afrika dövlətləri "Boko Haram" ilə mübarizəyə 8700 əsgər və polisi səfərbər edir enin, Kamerun, Niger, Nigeriya və Çad hökümətləri bu məsələdə razılığa gəliblər
Digər ölkələr
8 Fevral , 2015 06:29
Afrika dövlətləri Boko Haram ilə mübarizəyə 8700 əsgər və polisi səfərbər edir

Bakı. 8 fevral. REPORT.AZ/ Bir sıra Afrika dövləti "Boko Haram" terror təşkilatı ilə mübarizə məqsədi ilə koalisiya yaradmaq barədə qərar qəbul ediblər.

"Report" Rosbalt agentliyinə istinadən xəbər verir ki, Benin, Kamerun, Niger, Nigeriya və Çad hökümətləri terroçuların fəaliyyətinə birdəfəlik son qoymaq üçün "Boko Haram"ın aktif olduğu rayonlara ümumilikdə 8700 əsgər və polis göndərməyə qərar verib.

Qeyd edək ki, "Boko Haram" qruplaşmasının öz sıralarına 6 minə yaxın silahlı terrorçu şəxs daxildir.

Son xəbərlər

Orphus sistemi