Afinanın müasir tarixində ilk məscid açılacaq

Afinanın müasir tarixində ilk məscid açılacaq Bu il aprelin 28-də Yunanıstanın paytaxtı Afina şəhərinin müasir tarixində ilk məscid açılacaq.
Digər ölkələr
3 Aprel , 2019 12:28
Afinanın müasir tarixində ilk məscid açılacaq
Ekathimerini
0 : 00
0 : 00

Bu il aprelin 28-də Yunanıstanın paytaxtı Afina şəhərinin müasir tarixində ilk məscid açılacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu yaxınlarda Yunanıstanın Təhsil, Elmi Araşdırmalar və Din Nazirliyi tərəfindən təyin olunmuş inzibati şurası məscidə imam da təyin edib. Bu, təxminən, 25 il əvvəl iqtisadi səbəblərdən Yunanıstana gəlmiş 50 yaşlı mərakeşli Zəki Məhəmməddir. Onun təsdiqlənməsi barədə yekun qərarı Yunanıstanın təhsil, elmi araşdırmalar və din naziri Kostas Qavroğlu verəcək.

Məscidin açılışı pravoslavların Pasxa bayramını qeyd etməsindən sonra baş tutacaq. Məsciddə ibadətlər yalnız yunan dilində və ya bəzi hallarda ingilis dilində olacaq, dualar ərəbcə ediləcək. Məscid hər gün işləyəcək, ibadətdən yarım saat öncə açılacaq, yarım saat sonra bağlanacaq. Ancaq İslam dininin əsas bayramları zamanı məscid gün boyu açıq olacaq.

Son xəbərlər

Orphus sistemi