Afinanın mərkəzində bankda bomba partladılıb

Afinanın mərkəzində bankda bomba partladılıb Partlayış bank ofisinə və yaxınlıqdakı binalara maddi ziyan vurub
Digər ölkələr
20 Aprel , 2017 01:00
Afinanın mərkəzində bankda bomba partladılıb

Bakı. 20 aprel. REPORT.AZ/ "Eurobank"ın Yunanıstanın paytaxtı Afinada yerləşən şöbəsində bomba partlayıb.

"Report" xəbər verir ki, Bakı vaxtı ilə təqribən 23.00-da naməlum şəxs "zougla.gr" xəbər saytının redaksiyasına zəng edərək 35 dəqiqədən sonra "Eurobank"ın Santaroza küçəsi, ev 7 ünvanında yerləşən ofisində partlayış baş verəcəyini bildirib.

Ofis paytaxtın mərkəzində, Panepistimiu və Stadiu küçələri arasında yerləşir.

Polis ərazini nəzarətə götürüb. Zərərçəkənlər barədə məlumat yoxdur.

Partlayış bank ofisinə və yaxınlıqdakı binalara maddi ziyan vurub.

Son xəbərlər

Orphus sistemi