Afinadakı iğtişaşlar zamanı 10 polis xəsarət alıb

Afinadakı iğtişaşlar zamanı 10 polis xəsarət alıb İğtişaşlara qatıldığı üçün 16 nəfər həbs olundu, daha 11 nəfər saxlanılıb
Digər ölkələr
10 Mart , 2021 19:12
Afinadakı iğtişaşlar zamanı 10 polis xəsarət alıb

Çərşənbə axşamı axşam saatlarında Yunanıstanın paytaxtı Afinanın Nea Smirni rayonunda baş verən iğtişaşlara qatıldığı üçün 16 nəfər həbs olundu, daha 11 nəfər saxlanılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yunanıstan polisi məlumat yayıb.

Qeyd olunub ki, iğtişaşlar zamanı 10 polis məmuru xəsarət alıb, onlardan 3-ü xəstəxanada müalicəsini davam etdirir.

Kütləvi iğtişaşlar polislərin martın 7-də, deyilənə görə, səbəbsiz yerə gənci dəyənəklərlə vəhşicəsinə döyməsinə etiraz əlaməti olaraq təşkil edilib. Toqquşmaya polisə “Molotov kokteyli” atan təxribatçıların hərəkəti səbəb olub. Toqquşmalar zamanı polis su topları və gözyaşardıcı qazdan istifadə edib.

Ölkənin baş naziri Kiriakos Mitsotakis məlum olayla bağlı televiziya vasitəsilə müraciətində insanları küçələrdə şiddəti dayandırmağa çağırıb və kimsənin cəmiyyəti parçalamasına icazə verməyəcəyini söyləyib.

Son xəbərlər

Orphus sistemi