Afinada qatarların üzərinə qraffiti çəkən ABŞ vətəndaşları tutulub

Afinada qatarların üzərinə qraffiti çəkən ABŞ vətəndaşları tutulub Onlara qarşı cinayət işi açılıb
Digər ölkələr
1 Fevral , 2017 21:24
Afinada qatarların üzərinə qraffiti çəkən ABŞ vətəndaşları tutulub

Bakı. 1 fevral. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada qatar vaqonlarının üzərinə qraffiti çəkdiklərinə görə 3-ü ABŞ vətəndaşı olmaqla 8 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Katimerini" qəzeti yazıb.

Çoxmillətli "rəssamlar" komandası iş üstündə yaxalanıb. Saxlanılan amerikalılar 35-39 yaş aralığındadırlar. Digər 5 nəfər isə 13-14 yaşlı yeniyetmə yunanlardır. Onlar Pirey limanı yaxınlığında qatarın üzərinə şəkil çəkən zaman tutulublar. "Rəssamlar"ı təhlükəsizlik xidmətinin əməkdaşı görüb və hadisə yerinə polis çağırıb. Onlara qarşı cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi