​Afinada minlərlə insan hökumətin sərt qənaət tədbirləri proqramına qarşı çıxıb

​Afinada minlərlə insan hökumətin sərt qənaət tədbirləri proqramına qarşı çıxıb Bu ötən həftə ərzində artıq ikinci mitinqdir
Digər ölkələr
22 İyun , 2015 01:47
​Afinada minlərlə insan hökumətin sərt qənaət tədbirləri proqramına qarşı çıxıb

Bakı. 22 İyun. REPORT.AZ/ Afinada minlərlə insan hökumətin sərt qənaət tədbirləri proqramına qarşı keçirilən etiraz aksiyasında iştirak edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu ötən həftə ərzində keçirilən ikinci mitinqdir.

Aksiya iştirakçıları əllərində Yunanıstan bayrağı, həmçinin "Avroya yox", "Xalq aldanmayacaq" və "Bu ölkə satış üçün deyil" kimi sözlərin yazıldığı plakatlar tutublar.

Mitinq parlament binası qarşısında keçirilib.

Bundan əvvəl ölkə hakimiyyəti defoltdan qaçmaq cəhdi olaraq kreditorlara yeni təkliflər təqdim edib.

Son xəbərlər

Orphus sistemi