Afinada məscidin tikintisinə etiraz edənlərdən 15-i tutulub

Afinada məscidin tikintisinə etiraz edənlərdən 15-i tutulub Onun tikintisinə etiraz edən təşkilatlardan biri ultramilliyyətçi “Sarı şəfəq” Partiyasıdır
Digər ölkələr
4 Noyabr , 2016 20:05
Afinada məscidin tikintisinə etiraz edənlərdən 15-i tutulub

Bakı. 4 noyabr. REPORT.AZ/ Yunanıstan paytaxtı Afinada polis məscid tikintisinə etiraz aksiyasına qoşulanlardan 15-ni həbs edib.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, məscid tikiləcək yerdə iki həftədir keçirilən etiraz aksiyası noyabrın 4-dək davam edib.

Bu gün çevik polis qüvvələri aksiya keçirilən yerə cəlb olunub. Tutulanlar prokurorluğa təhvil veriliblər.

Məlumatda bildirilib ki, bu ilin avqustunda Yunanıstan parlamenti Afinada məscidin tikintisi barədə qərarı bəyənib. Layihənin qiyməti 950 min avrodur. Məscidin tikintisinə etiraz edən təşkilatlardan biri ultramilliyyətçi “Sarı şəfəq” Partiyasıdır. 

Son xəbərlər

Orphus sistemi