Afinada etirazçılar polisə "Molotov kokteyli" atıblar - VİDEO

Afinada etirazçılar polisə "Molotov kokteyli" atıblar - VİDEO Polis cavab olaraq gözyaşardıcı qaz tətbiq edib
Digər ölkələr
7 Dekabr , 2016 01:20
Afinada etirazçılar polisə Molotov kokteyli atıblar - VİDEO

Bakı. 7 dekabr. REPORT.AZ/ 2008-ci ildə saxlanılan zaman həlak olmuş yeniyetmənin xatirəsinə həsr olunan dinc yürüş etirazçılarla polis arasında toqquşma ilə başa çatıb.

"Report" AMNA-yə istinadən xəbər verir ki, onlarla gənc insan asayiş keşikçilərinə "Molotov kokteyli", tüstü şaşkası və siqnal fişəngi atıblar.

Polis cavab tədbiri olaraq gözyaşardıcı qaz tətbiq edib. Afina Milli Texniki Universitetinin tələbələri tələsik barrikadalar quraraq bir neçə məhəllənin yolunu kəsiblər.

Etirazlar hər il 2008-ci ildə polis tərəfindən güllələnən 15 yaşlı Aleksandros Qriqoropulosun xatirəsinin yad edilməsi məqsədi ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi