Afinada Ali Məhkəmə prokuroru müavininin evinə bomba qoyulub

Afinada Ali Məhkəmə prokuroru müavininin evinə bomba qoyulub Ərazi mühasirəyə alınıb, polis araşdırma aparır
Digər ölkələr
13 Noyabr , 2018 11:52
Afinada Ali Məhkəmə prokuroru müavininin evinə bomba qoyulub
РИА Новости / Дмитрий Виноградов
0 : 00
0 : 00

Bakı. 13 noyabr. REPORT.AZ/ Afinanın Virona rayonunda Yunanıstan Ali Məhkəməsi (Areopaq) prokurorunun müavini İsidor Doyakosun evinin yaxınlığına əldəqayırma partlayıcı qurğu qoyulub.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Naməlum şəxs səhər saat 4 radələrində "Efimerida ton sintakton" qəzetinin redaksiyasını və onun saytına zəng vuraraq bombanı qoyduğu yeri və onun 20 dəqiqə sonra partlayacağını söyləyib.

Hadisə yerindən gələn partlayıcı qurğuların zərərsizləşdirilməsi şöbəsinin mütəxəssisləri qazana qoyulmuş və motosikletin yük yerində quraşdırılmış bomba tapıblar. Hazırda onlar cinayətkar barədə məlumatlar - barmaq izləri, DNT toplamaq üçün bombanı zərərsizləşdirməyə çalışırlar.

Qəzet yazır ki, ilkin qiymətləndirmələrə görə, mexanizm yığım zamanı edilən səhv səbəbindən partlamayıb.

Hazırda ərazi mühasirəyə alınıb, polis araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi