Yuxarı

Afinada 8 ildən sonra eyni mağazaya yenə hücum olub

Xəbərdə bildirlib ki, xarakterindən partlayışı yenə anarxistlrin törətdiyi ehtimal edilir

Bakı. 13 oktyabr. REPORT.AZ/Afinanın mərkəzində bomba partlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ilkin məlumata əsasən,xəsarət alan yoxdur.

İnformasiyaya görə, partlayış nəticəsində "Elefteri skepsi" ("Azad fikir") mağazası dağılıb.

Məlumatda bildirilib ki, 2008-ci ilin yayında da həmin dükana 15-ə yaxın maskalı anarxist yandırıcı qarışıq olan şüşə butılkalarla hücum edərək, gizlənmişdilər.

Xəbərdə bildirlib ki, xarakterindən partlayışı yenə anarxistlrin törətdiyi ehtimal edilir.

Məlumata görə, Ekzarxia rayonunda anarxist qruplaşmaların mənzil-qərargahları yerləşir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi