​AEBA müfəttişləri aprelin 15-də İrana səfər edəcək

​AEBA müfəttişləri aprelin 15-də İrana səfər edəcək Tərəflər "çərçivə sazişi"nin həyata keçirilməsinə dair dialoqu davam etdirəcəklərinə dair məsələyə toxunacaqlar
Digər ölkələr
13 Aprel , 2015 21:08
​AEBA müfəttişləri aprelin 15-də İrana səfər edəcək

Bakı. 13 aprel. REPORT.AZ/ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) müfəttişləri aprelin 15-də İrana səfər edəcək. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinə AEBA-nın baş direktorunun müavini Tero Varyorenta başçılıq edəcək. Səfər zamanı ikitərəfli danışıqların növbəti raundu baş tutacaq. 

Qeyd edək ki, AEBA ilə İran 2015-ci il aprelin 15-də Tehranda texniki görüş keçirmək qərarına gəliblər. Tərəflər 2013-cü ilin noyabrında imzalanmış "çərçivə razılaşması"nın həyata keçirilməsinə dair dialoqu davam etdirəcəklərinə dair məsələyə toxunacaq və bir sıra başqa məsələləri də müzakirə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi