ADT Venesuelaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

ADT Venesuelaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb Bakı. 5 yanvar. REPORT.AZ/ Amerika Dövlətləri Təşkilatının (ADT) baş katibi Luis Almaqro bildirib ki, Venesuela hökumətinə qarşı daha sərt sanksiyalar tətbiq etmək lazımdır.
Digər ölkələr
5 Yanvar , 2018 04:52
ADT Venesuelaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Amerika Dövlətləri Təşkilatının (ADT) baş katibi Luis Almaqro bildirib ki, Venesuela hökumətinə qarşı daha sərt sanksiyalar tətbiq etmək lazımdır.

"Report" xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb.

"Diplomatik yol, hansı ki qalmaqdadır, bu, sanksiya yoludur. Mən hesab edirəm ki, sanksiyalar hər dəfə daha da sərt olmalıdır ki, Venesuela rejimi şəffaf seçki prosesi təşkil etsin və zəmanət versin", - deyə "El Nacional" ondan sitat gətirib.

O, həmçinin əlavə edib ki, respublikanın demokratikləşməsi naminə ölkə hakimiyyəti ilə danışıqlar aparmaq lazımdır.

Ötən ilin noyabrında Vaşinqton Venesuelaya qarşı sanksiyaları genişləndirib. 

Son xəbərlər

Orphus sistemi