Amerika Dövlətləri Təşkilatı Maduronun yeni prezidentlik müddətini tanımayıb

Amerika Dövlətləri Təşkilatı Maduronun yeni prezidentlik müddətini tanımayıb Bakı. 11 yanvar. REPORT.AZ/ Amerika Dövlətləri Təşkilatı (ADT) Nikolas Maduronun Venesuelada yeni prezidentlik müddətini tanımayıb.
Digər ölkələr
11 Yanvar , 2019 04:56
Amerika Dövlətləri Təşkilatı Maduronun yeni prezidentlik müddətini tanımayıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Amerika Dövlətləri Təşkilatı (ADT) Nikolas Maduronun Venesuelada yeni prezidentlik müddətini tanımayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə təşkilatın məlumatında deyilir.

"ADT-nin Daimi Şurası 19 səs lehinə, 6 əleyhinə, 8-i bitərəf olmaqla və birinin iştirakı olmadan keçirilən səsvermədə 10 yanvar 2019-cu il tarixindən başlayan Nikolas Maduro rejimi dövrünün legitimliyini tanımadığını razılaşdırıb", - deyə məlumatda bildirilir.

Daha əvvəl Paraqvay Venesuela ilə diplomatik ələqələri kəsdiyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi