Adı korrupsiya qalmaqalında hallanan Peru prezidenti istefa verməkdən imtina edib

Adı korrupsiya qalmaqalında hallanan Peru prezidenti istefa verməkdən imtina edib Bakı. 15 dekabr. REPORT.AZ/ Adı korrupsiya qalmaqalında hallanan Peru Prezidenti Pedro Kuçinski istefa verməkdən imtina edib.
Digər ölkələr
15 Dekabr , 2017 09:52
Adı korrupsiya qalmaqalında hallanan Peru prezidenti istefa verməkdən imtina edib
EPA

Bakı. 15 dekabr. REPORT.AZ/ Adı korrupsiya qalmaqalında hallanan Peru Prezidenti Pedro Kuçinski istefa verməkdən imtina edib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu dövlət başçısı ölkə əhalisinə telemüraciətdə bildirib.

“Bütün peruluların prezidenti olaraq, şərəf və ləyaqətimin tapdanmasına yol verməyəcəyəm”, - o vurğulayıb.

O bildirib ki, bank hesablarındakı vəsaitlərin açıqlanması ilə bağlı məhkəmə orqanlarına müraciət etmək niyyətindədir.

Qeyd edək ki, dekabrın 13-də Braziliyanın “Odebrecht” tikinti şirkətinin Pedro Kuçinskiyə məxsus olan iki firmaya guya hüquqi xidmət üçün 4,8 milyon dollar ödəməsi barədə informasiya yayılmışdı. Amma Peru prezidenti “Odebrecht”in maraqlarının müdafiəsində iştirak etmədiyini bildirib.

Xüsusi müstəntiqlər qrupu tərəfindən iş üzrə istintaqın davam etdiriləcəyi halda R.Kuçinski Braziliya şirkəti ilə bağlı xoşgəlməz vəziyyətə düşən Perunun ikinci prezidenti ola bilər. 

Perunun keçmiş prezidenti Olyanta Umalanın 2006 və 2011-ci illərdə seçkiqabağı təbliğat kampaniyasını Braziliyanın “Odebrecht” və “OAS” şirkətlərinin maliyyələşdirməsi haqqında məlumatlar dövlət başçısının vəzifəsindən getməsi ilə nəticələnmişdi. O.Umala 2016-cı ilin iyulunda istefa verməyə məcbur olmuşdu. 

Məhkəmə sabiq prezident və onun həyat yoldaşı barəsində həbs qətiimkan tədbiri seçib. 

Son xəbərlər

Orphus sistemi