ABŞ Yəmənə yeni zərbələr endirməyə hazır olduğunu bəyan edib

ABŞ Yəmənə yeni zərbələr endirməyə hazır olduğunu bəyan edib "Biz ehtiyyac olarsa istənilən raket zərbəsinə cavab verilməsinə hazırıq"
Digər ölkələr
13 Oktyabr , 2016 23:29
ABŞ Yəmənə yeni zərbələr endirməyə hazır olduğunu bəyan edib

Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ raket hücumları baş verərsə Yəmənə yeni zərbələr endirməyə hazırdır. “Report”un məlumatına görə, RİA Novosti xəbər verir ki, bunu Ağ Evin nümayəndəsi Erik Şults jurnalistlərə bildirb.

Pentaqon daha əvvəl bildirmişdi ki, Amerika hərbi hava qüvvələri husilərin Qırmızı dəniz sahillərində nəzarət etdiyi ərazilərdə yerləşən radarlara zərbə endiriblər. ABŞ tərəfi bildirib ki, həmin radarlar onlara məxsus “Mason” və digər gəmilərin vurulması üçün istifadə olunmuşdu.

“Bizim zərbələrin məqsədi gələcəkdə ABŞ-ın gəmilərinə qarşı ola biləcək təhlükənin qarşısını almaqdır. Biz ehtiyyac olarsa istənilən raket zərbəsinə cavab verilməsinə hazırıq”, - Şults bildirib.

Son xəbərlər

Orphus sistemi