ABŞ Yəməndəki səfirliyinin fəaliyyətini dayandırıb

ABŞ Yəməndəki səfirliyinin fəaliyyətini dayandırıb Birləşmiş Ştatlar Yəməndəki vətəndaşlarına çağırış edib
Digər ölkələr
11 Fevral , 2015 09:35
ABŞ Yəməndəki səfirliyinin fəaliyyətini dayandırıb

Bakı.11 fevral. REPORT.AZ/ ABŞ-ın Yəmənin paytaxtı Sanadakı səfirliyi bu gündən fəaliyyətini dayandırıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda səfirlik məlumat yayıb.

"Sanada vəziyyət pisləşdiyindən, ABŞ Dövlət Departamenti 2015-ci il fevralın 11-dən fəaliyyətini dayandırır", - orada bildirilib.

Bəyanatda qeyd edilib ki, bütün konsul xidmətləri "növbəti sərəncamadək dayandırılıb".

Bundan başqa, Dövlət Departamenti ABŞ vətəndaşlarına Yəmənə getməkdən çəkinməyi, orada olanlara isə ölkəni tərk etməyi məsləhət görüb.

Son xəbərlər

Orphus sistemi