Nümayəndələr Palatası Yəməndə Ər-Riyada dəstəyin dayandırılmasına dair qətnamə qəbul edib

Nümayəndələr Palatası Yəməndə Ər-Riyada dəstəyin dayandırılmasına dair qətnamə qəbul edib Bakı. 14 fevral. REPORT.AZ/ ABŞ-ın Nümayəndələr Palatası Yəməndə Ənsar Allah (husilər) üsyançı qruplaşmasına qarşı müharibə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya göstərilən yardımı dayandırmağı nəzərdə tutan qətnaməni təsdiq edib.
Digər ölkələr
14 Fevral , 2019 07:56
Nümayəndələr Palatası Yəməndə Ər-Riyada dəstəyin dayandırılmasına dair qətnamə qəbul edib

Bakı. 14 fevral. REPORT.AZ/ ABŞ-ın Nümayəndələr Palatası Yəməndə "Ənsar Allah" (husilər) üsyançı qruplaşmasına qarşı müharibə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya göstərilən yardımı dayandırmağı nəzərdə tutan qətnaməni təsdiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "The Hill" qəzeti yazıb.

Nəşr qeyd edir ki, qətnaməni 248 qanunverici təsdiq edib, eyni zamanda 177-si onun əleyhinə çıxıb. Senatın da bu qətnaməni təsdiq edəcəyi gözlənilir. Daha sonra prezident Donald Trampın müvafiq fərmanı imzalamaq üçün 30 gün vaxtı olacaq.

Vaşinqton Yəməndə Səudiyyə Ərəbistanı koalisiyasına logistika yardımı göstərir. ABŞ həmçinin kəşfiyyat məlumatları mübadiləsini və koalisiyaya silah tədarükünü həyata keçirir.

Son xəbərlər

Orphus sistemi