ABŞ Yəməndə "Əl-Qaidə"nin 28 yaraqlısını zərərsizləşdirib

ABŞ Yəməndə "Əl-Qaidə"nin 28 yaraqlısını zərərsizləşdirib Terrorçular təqribən üç ay ərzində məhv edilib
Digər ölkələr
23 Dekabr , 2016 06:40
ABŞ Yəməndə Əl-Qaidənin 28 yaraqlısını zərərsizləşdirib

Bakı. 23 dekabr. REPORT.AZ/ ABŞ Hərbi Hava Qüvvələri (HHQ) sentyabrın sonundan Yəmənə endirilən aviazərbələr nəticəsində "Ərəbistan yarımadasında Əl-Qaidə" terror təşkilatının 28 yaraqlısını məhv edib.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar Silahlı Qüvvələri Mərkəzi Komandanlığı məlumat yayıb.

"Komandanlıq Yəməndə 23 sentyabrdan 13 dekabradək "Əl-Qaidə" mövqelərinə endirilən doqquz aviazərbə nəticəsində 28 terrorçunun aradan götürüldüyünü təsdiq edir", - deyə idarədən bildirilib.

Son xəbərlər

Orphus sistemi