ABŞ Yaxın Şərqə 6 bombardmançı və 200 hərbçi göndərmək niyyətindədir

ABŞ Yaxın Şərqə 6 bombardmançı və 200 hərbçi göndərmək niyyətindədir Pentaqon İranla münasibətlərin gərginləşdiyi vaxtda Yaxın Şərqə əlavə 200 hərbçi və 6 ədəd “B-52” bombardmançı təyyarəsi göndərməyi planlaşdırır.
Digər ölkələr
7 Yanvar , 2020 12:27
ABŞ Yaxın Şərqə 6 bombardmançı və 200 hərbçi göndərmək niyyətindədir
Foto: Evert Meulie

Pentaqon İranla münasibətlərin gərginləşdiyi vaxtda Yaxın Şərqə əlavə 200 hərbçi və 6 ədəd “B-52” bombardmançı təyyarəsi göndərməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti hərbi qurumun adı açıqlanmayan nümayəndələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Pentaqon hazırda İtaliyanın Viçentsa şəhərində yerləşən 200 hərbi qulluqçunu bölgəyə göndərməyi düşünür. Onlardan bəziləri ABŞ-ın Beyrutdakı səfirliyinin təhlükəsizliyini təmin edəcək. Təyyarələrin yaxın günlərdə bölgəyə gələcəyi gözlənilir.

CNN-in məlumatına görə, bombardmançı təyyarələr Hind okeanında Böyük Britaniyaya məxsus Dieqo Qarsiya adasına yerləşdiriləcək. Kanalın məlumatında bu yerin İran raketləri üçün əlçatmaz olmasına görə seçildiyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi