ABŞ Yaponiyanı Şimali Koreyaya zərbə endirməyə hazırlaşdığı barədə xəbərdar edib

ABŞ Yaponiyanı Şimali Koreyaya zərbə endirməyə hazırlaşdığı barədə xəbərdar edib Tokio ehtiyat edir ki, Pxenyanın cavab zərbələrinin hədəfi Yaponiya ola bilər
Digər ölkələr
12 Aprel , 2017 04:52
ABŞ Yaponiyanı Şimali Koreyaya zərbə endirməyə hazırlaşdığı barədə xəbərdar edib

Bakı. 12 aprel. REPORT.AZ/ ABŞ Şimali Koreyaya zərbə endirməyə hazırlaşdığı barədə Yaponiyaya xəbərdarlıq edib.

"Report" xəbər verir ki, bu barədə "Kiodo" agentliyinə istinadən TASS məlumat yayıb.

Qeyd olunur ki, amerikalılar Çindən Pxeynala bağlı hərəkət gözləyirlər. Agentliyin məlumatına görə, ABŞ Çin Şimali Koreyanı raket-nüvə proqramını dayandırmağa razı sala bilməzsə, Koreya Xalq Demokratik Respublikasına qarşı hərbi əməliyyatlara başlayacaq.

Tokioda ehtiyat edirlər ki, silahılı münaqişə başlayacağı təqdirdə Pxenyanın cavab zərbələrinin hədəfi Yaponiya ola bilər.

Son xəbərlər

Orphus sistemi