ABŞ, Yaponiya və Cənubi Koreya KXDR ilə bağlı vəziyyət üzrə müşavirə keçirib

ABŞ, Yaponiya və Cənubi Koreya KXDR ilə bağlı vəziyyət üzrə müşavirə keçirib ​Tərəflər KXDR-nin sabitliyə təhlükə yarada biləcək istənilən fəaliyyətini pisləyiblər
Digər ölkələr
3 May , 2017 06:51
ABŞ, Yaponiya və Cənubi Koreya KXDR ilə bağlı vəziyyət üzrə müşavirə keçirib

Bakı. 3 may. REPORT.AZ/ ABŞ, Cənubi Koreya və Yaponiyanın müdafiə nazirləri Şimali Koreya ilə bağlı vəziyyət üzrə videokonfrans rejimində üçtərəfli müşavirə keçiriblər.

"Report" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, tərəflər Koreya Xalq Demokratik Respublikasının Koreya yarımadasında sülh və sabitliyə təhlükə yarada biləcək istənilən fəaliyyətini qətiyyətlə pisləyiblər.

Həmçinin bildirilir ki, tərəflər regional təhlükəsizliyin gücləndirilməsi məqsədi ilə üçtərəfli əməkdaşlığı dəstəkləyiblər.

Son xəbərlər

Orphus sistemi