ABŞ, Yaponiya və Cənubi Koreya birgə hərbi təlimə başlayıb

ABŞ, Yaponiya və Cənubi Koreya birgə hərbi təlimə başlayıb Manevrlər Yaponiya və Koreya yarımadası yaxınlığında keçiriləcək
Digər ölkələr
11 Dekabr , 2017 11:04
ABŞ, Yaponiya və Cənubi Koreya birgə hərbi təlimə başlayıb
U.S. Navy / MCS 2nd Class Declan Barnes

Bakı. 11 dekabr. REPORT.AZ/ ABŞ, Yaponiya və Cənubi Koreya ikigünlük birgə hərbi-dəniz təlimlərinə başlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, manevrlər Yaponiya və Koreya yarımadası yaxınlığında keçiriləcək.

Rəsmi Tokionun məlumatına görə, təlimlərin məqsədi hərbi-dəniz özünümüdafiə qüvvələrinin taktiki potensialının artırılması və üç ölkə arasında münasibətlərin möhkəmləndirilməsidir.

Son xəbərlər

Orphus sistemi